Yazını böyüt
Yazını kiçilt
Millət vəkili Aqil Abbas növbəti dəfə deputat olmaq arzusundadır.
Bu barədə V çağırış parlamentin deputatı hafta.az-a açıqlamasında məlumat verib. Aqil Abbas bildirib ki, o bu dəfə də 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyini irəli sürüb:
“Artıq imzatoplama prosesi başa çatıb. İmza vərəqələri dairə seçki komissiyasına təqdim olunub. Amma namizədliyimin təsdiq olunub-olunmaması ilə bağlı hələ ki, bir məlumat yoxdur. Nəticəni gözləyirik”.
Qeyd edək ki, Aqil Abbas ilk dəfə 2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib. Yazıçı Aqil Abbas dördüncü dəfə də millət vəkili olmaq iddiasındadır.